39
00:02
01 Noyabr 2016

Gəncədəki dəhşətli qəzada ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB-2

Gəncə-Şəmkir yolunda iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərdən hamısının şəxsiyyəti məlum olub.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində ölən 3-cü şəxs, 1992-ci il təvəllüdlü Gədəbəy rayon sakini Nicat Ələkbərovdur.

Bu axşam Gəncənin qərb çıxışında ağır yol nəqliyyat qəzası baş verib. “VAZ 2106” və “Volkswagen Passat”” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Gəncə-Şəmkir yolunda iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, bu, qəza zamanı “VAZ” avtomobilində olan, 1960-cı il təvəllüdlü Gədəbəy rayon sakini Rafiq Hüseynovdur.

Bu axşam Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib. “VAZ 2106” və “Volkswagen Passat”” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

***

Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.

Ölən digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

***

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, ilkin məlumata əsasən, “VAZ 2106” və ““Volkswagen Passat”” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə ağır bədən xəsarətləri alıb.

Xəsarət alanlar "“Volkswagen Passat”"-da olan Şəmkir rayon Seyfəli kənd sakinləri, 1987-ci il təvəllüdlü Rəşad Namazov, 1992-ci il təvəllüdlü Ricat Qafarov, 1989-cu il təvəllüdlü Pərviz Mahmudov, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov və 1987-ci il təvəllüdlü Nicat Zeynalovdur. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.