35
17:04
31 Oktyabr 2016

Son 1 ayda dəm qazından neçə nəfər zəhərlənib? - RƏSMİ - YENİLƏNİB

Son bir ay ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına dəm qazı zəhərlənməsi ilə bağlı ümumilikdə 53 çağırış daxil olub.

Stansiyanın baş həkimi Rauf Nağıyev Lent.az -a açıqlamasında deyib ki, onlardan 38 nəfər xəstəxanaya yerləşdirilib.

***

15:45

Oktyabr ayı ərzində dəm qazı zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə 36 nəfər müraciət edib.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov Lent.az -a açıqlamasında deyib ki, müraciət edənlərdən 28 nəfər xəstəxanaya qəbul olunub, 6 nəfəri məsləhətdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət edənlərin 4-nün müalicəsi hazırda davam etdirilir.

A.Maqsudov qeyd edib ki, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanıb.