29
11:48
31 Oktyabr 2016

Mənzildə partlayış oldu: ev yiyəsinin qohumu yaralandı

Xaçmaz şəhərində partlayış olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 29-da saat 17 radələrində Xaçmaz şəhərində yaşayan Məhəmməd Coşqunovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evin 49 kvm. sahəsi yanmış, otaqlardan birinin qapısı çərçivədən çıxıb və tavanı çöküb. Nəticədə ev sahibinin qohumu Füruzə Şadmanova xəsarətlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.