42
17:42
29 Oktyabr 2016

"Qəbələ" "Neftçi"ni böyük hesablı məğlub etdi

Bu gün Topaz Premier Liqasının 10 turu çərcivəsində “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edib.

Lent.az -ın məlumatına görə, qarşılaşma 4-1 hesabı ilə Roman Qriqorçukun yetirmələrinin xeyrinə başa çatıb. Əyalət klubun qollarını Sergey Zenyov 2, Asim Məmmədov və Rəşad Eyyubov vurub. “Neftçi”nin isə yeganə qolu kapitan Araz Abdullayevdən gəlib.

Oyunun 60-cı dəqiqəsində “Qəbələ”nin heyətində yenicə həbsdən azad edilən Cavid Hüseynov meydana girib. O, hazırda komandanın kapitanı Rəşad Sadiqovu əvəzləyib. R. Sadiqov meydandan çıxan zaman kapitan sarğısını Cavid Hüseynova qaytarıb. Bu da o demekdir ki, Cavid Hüseynov 14 ay fasilədən sonra yenidən doğma klubunda kapitan sarğısını qoluna taxıb.