19
14:30
29 Oktyabr 2016

Samuxda qoyun oğruları saxlanıldı

Samuxda qoyun oğurluğu ilə məşğul olan dəstə tutulub.

Lent.az -ın DİN-in saytına istinadən məlumatına görə, oktyabrın 9-dan 20-dək olan müddətdə rayon sakinləri olan 5 nəfərə məxsus ümumilikdə 4 baş inək və 4 baş qoyun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kolayır kənd sakinləri Vasif Rəhimov, İsa Muxtarov və Şahin Mirzəyev tutulublar.

Oğurluqla məşğul olan dəstənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların cari ilin avqust-oktyabr aylarında daha 7 rayon sakininə məxsus ümumilikdə 16 baş qoyun və 4 baş inək oğurlamaları da müəyyən edilib. Dəstə üzvləri bu il ümumilikdə rayonun 13 sakininə məxsus 20 baş qoyun, 8 baş inək oğurlayıblar.