20
11:00
29 Oktyabr 2016

Maşının cihazlar panelində telefon keçirmək istədilər - FOTO

Rusiyadan Azərbaycana qanunsuz telefon keçirmə cəhddi baş tutmayıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz E 200 D” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin cihazlar panelindən gömrük nəzarətindən gizlədilən 7 ədəd “Samsung J1” markalı mobil telefon, 9 ədəd mobil telefon üçün qidalandırıcı element, 10 ədəd telefon adapteri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.