31
15:28
28 Oktyabr 2016

Kəmaləddin Heydərov Lənkəranda vətəndaşları qəbul edib - YENİLƏNİB

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Lent.az -ın nazirliyinin saytına istinadən məlumatına görə, nazir tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə bağlı müraciət etmiş 127 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

***

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəranda vətəndaşları qəbul edib. APA -nın cənub bürosunun məlumatına görə, FHN-nin Cənub Regional Mərkəzinin binasında keçirilən qəbulda Lənkəranla yanaşı, qonşu Masallı, Cəlilabad, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.