17
13:08
28 Oktyabr 2016

Masallıda daha bir nəfər dəm qazından boğulub öldü

Masallı rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 27-də Masallı rayonunun Hacıtəpə kəndində yaşayan Əminə Hüseynova evində dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, oktyabrın 26-da da Masallıda dəm qazından ölüm hadisəsi qeydə alınmışdı.