30
11:42
28 Oktyabr 2016

Adam oğurluğu ilə məşğul olan şəxs tutuldu

Rusiya Federasiyası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxs Bakıda tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı (adam oğurluğu) və 163-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə axtarışda olan Tariyel Məmmədov tutulub.

Araşdırma aparılır.