22
11:15
28 Oktyabr 2016

Bakıda qadın ağır qəza törətdi: ölən var - YENİLƏNİB

Bakıda baş vermiş yol qəzasında ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 27-də saat 09 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində Bakı şəhər sakini Gülnarə Şirinova idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Dadaş Dadaşovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

*****

10:17

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində "Mercedes" markalı avtomobil yolu keçməyə çalışan 50-55 yaşlı kişini vurub. Ağır xəsarətlər alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.