61
07:02
28 Oktyabr 2016

Rusiya-OPEK danışıqlarının detalları məlum oldu

OPEK-ə üzv olan ölkələrin və Rusiyanın neft qurumlarının rəhbərlərinin görüşündə neft hasilatının həcmini 4 faiz azaltmaq təklif edilib.

APA-nın xəbərinə görə, “Reuters” agentliyi iki mənbənin məlumatına istinadən bildirib ki, Rusiya hasilat həcmini yalnız hazırkı səviyyədə dondurmağa hazır olduğunu bildirib.

Agentlik qeyd edir ki, OPEK-in 28-29 oktyabr tarixlərində Vyanada keçiriləcək toplantısında neft hasilatının azaldılması təklifi rəsmi şəkildə nəzərdən keçirilə bilər.