66
01:54
28 Oktyabr 2016

Suriyada daha bir məktəb bombalandı, ölən və yaralananlar var

SuriyadSuriyanın Hələb şəhərində orta məktəb atəşə tutulub, nəticədə 3 şagird ölüb, 10 uşaq ağır yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, şəhərin terrorçuların nəzarətində olan şərq hissəsindən Hay əl-Əndəluz rayonunda yerləşən məktəbin binasına mərmi və qaz balonu atılıb.

“Eyni vaxtda terrorçular Əl-Maşarqa rayonundakı humanitar dəhlizə atəş açıblar, nəticədə 12 dinc sakin ölüb, 20-dən çox şəxs yaralanıb”, - deyə general qeyd edib.

“Nə üçün YUNİSEF və BMT TŞ-nin bəzi daimi üzvləri bu faktları qətiyyən görmək istəmirlər?”, - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün İdlib əyalətində yerləşən məktəbə hücum nəticəsində 22 uşaq və 6 müəllim ölüb.

Bəzi qərb KİV-ləri hadisədə Rusiyanı günahlandırıblar.