57
01:11
28 Oktyabr 2016

İŞİD-çilər neft quyularına od vurdular

İŞİD silahlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən neft quyularına od vurublar.

APA-nın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, terrorçular Mosul yaxınlığındakı Kayəra şəhərində neft quyu və borularına od vurublar. Şəhər üzərində qatı qara tüstünün göründüyü bildirilir.

Xatırladaq ki, Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-nə keçən gecə başlayıb.