41
11:19
28 Oktyabr 2016

Azərbaycanda dəhşət: qonaqlığa gedən dostlar faciəvi şəkildə öldü - YENİLƏNİB

Qonaqlığa gedən dostların öldüyü hadisə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi dünən Sabirabad rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 27-də saat 11 radələrində Sabirabad rayonunun Yastıqobu kəndində Füzuli rayon sakini Zaur Həsənov idarə etdiyi "Niva" markalı avtomobili M.Ə.Sabir adına su kanalına aşırıb. Nəticədə sürücü və sərnişini Famil Tağıyev boğulublar.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

*****

27 oktyabr

Bu gün Sabirabad rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, rayonun Yastıqobu kəndində “Vaz 2121” – “Niva” markalı avtomobil kanala aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 1994-cü il təvəllüdlü Həsənov Zaur Xaləddin oğlu və 1993-cü il təvəllüdlü Tağıyev Samir Akif oğlu suda boğularaq ölüb. Daha iki nəfər isə maşından çıxmağa müvəffəq olub və yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bildirilir ki, avtomobildə olan şəxslər Bakıdan Sabirabadın Yastıqobu kəndinə dostlarının evinə qonaqlığa gedibmiş.