51
17:44
27 Oktyabr 2016

ADU-nun mətbuat xidmətinə yeni rəhbər təyin olunmayıb - Açıqlama - YENİLƏNİB

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova jurnalist Araz Ağayevin ADU-nun İnformasiya Departamentinə müdir təyin edilməsi xəbərini təkzib edib.

Ş. Kazımova Lent.az -a açıqlamasında deyib ki, universitetin mətbuat xidmətinin rəhbərliyində heç bir dəyişiklik olmayıb: “Universitetdə deyildiyi kimi İnformasiya Departamenti yaradılmayıb. Mən işimin başındayam. Hər zaman jurnalist həmkarlarımla əməkdaşlıq etməyə hazıram”.

15:50

Azərbaycan Dillər Universitetində İnformasiya Departamentinə müdir təyinatı olub.

Lent.az -ın məlumatına görə, bu vəzifəyə jurnalist Araz Ağayev təyin edilib.

Bu barədə A.Ağayev şəxsi feysbuk səhifəsində qeyd edib. O bildirib ki, 26 oktyabr 2016-cı il tarixli müvafiq əmrə əsasən Azərbaycan Dillər Universitetinin İnformasiya Departamentinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Araz Ağayev bu təyinatadək “Kaspi” qəzetində çalışırdı.

Daha əvvəllər isə A.Ağayev Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.