63
15:31
27 Oktyabr 2016

Türkiyəli məşhurlar Bakıya gəlir - SƏBƏB...

Türkiyənin tanınmış müğənniləri Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu Bakıya gələcək. Lent.az -ın məlumatına görə, türkiyəli ulduzlar dekabrın 31-də Bakı Olimpiya Stadionunda Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş konsertdə səhnəyə çıxacaqlar.

Onu da əlavə edək ki, gecədə tanınmış DJ-lər Cemre və Mahmut Orhan da çıxış edəcək. Konsertə biletlər gələn həftədən satışda olacaq.