24
15:45
27 Oktyabr 2016

Oğurluğa görə tutulmuş şəxsdən narkotik götürüldü

Oğurluqda şübhəli bilinən Goranboy rayon sakini tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Gəncə şəhəri ərazisində şəhər sakini Turqut Həsənova məxsus “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Salman Hüseynov tutulub. Ondan 2,38 qram tiryək götürülüb.

Araşdırma aparılır.