35
13:39
31 Oktyabr 2016

Bakıda 9-cu mərtəbədən yıxılan qız sağalır - YENİLƏNİB

Oktyabrın 25-də 9-cu mərtəbədən yıxılan 12 yaşlı qızın vəziyyəti normaldır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az -a verilən məlumata görə, Lamiyə Namazovanın vəziyyəti sağalmağa doğru gedir.

10/27/2016 12:56

***

9-cu mərtəbədən yıxılan 12 yaşlı Lamiyə Namazovanın vəziyyəti ağırdır.

1 saylı Şəhər Kliniki Xəstəxanasından Lent.az -a verilən məlumata görə, iki gün əvvəl xəstəxanaya gətirilən qızın durumu ağır qiymətləndirilir.

***

12:08

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb.

Lent.az -ın Report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib.

Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Hadisə vaxtı L.Namazova evdə tək olub.

Faktla bağlı araşdırma aparılır.