60
10:56
27 Oktyabr 2016

(R) Samsung soyuducularında invertor kompressoru

Samsung şirkəti soyuducunun – mətbəxinizin ən vacibhissəsinin iş prinsipini dəyişib.


Adi kompressorlu soyuducular hər kəsə tanışdır: onlar soyudulma üçün işə salınır, maksimal dövriyyələrdə işləyir, verilən temperatura çatdıqdan sonra isə sönürlər. Amma kameradakı hava isinməyə başlayan kimi, əsasən də qapı açıldığı zaman, kompressor yenidən işə düşür.

Bu iş prinsipi kifayət qədər elektrik enerjisi sərf edir və soyuducunuzun yararlılıq müddətini qısaldır. Beləki, daimi işə salınma, maksimal dövriyyədə işləmə və sonrakı söndürülmə kompressorun daha tezsıradan çıxmasına və elektrik enerjisinə olan xərclərin artmasına səbəb olur.

Adi soyuducu kompressorlarından fərqli olaraq Samsung şirkətinin rəqəmsal idarəli invertor kompressorları daimi işə salınma və söndürülmə olmadan soyuducunun daxilindəki temperaturusabit saxlama qabiliyyətinə malikdir.

Siz lazımi temperaturu təyin etdikdən sonra kompressor maksimal dövriyədə çalışır, daha sonra ekonomik rejimə keçərək fəaliyyətini dayandırmadan soyuducunun daxilindəki temperaturu bərabər səviyyədə saxlayır.

Bu tip rəqəmsal idarə sistemi soyuducu daxilindəki temperaturu qorumaqla qalmayaraq kompressorun aşınmasını azaldır, səs səviyyəsini az tutur və kompressorun etibarlılığını yüksəldir.

Soyuducu yüksək dövriyyələrdə çalışaraq elektrik enerjisini boşa sərf etmir, sadəcə ona verilən temperaturu bərabər səviyyədə saxlamağa enerji sərf edir.

İndi soyuducunuz sizə daha uzun müddətdə xidmət edərək daha az enerji sərf edəcək.

Samsung soyuducuları haqqında ətraflı məlumat əldə etmək və almaq üçün Samsung şirkətinin rəsmi dilerləri – Baku Electronics, Kontakt Home, MAXI.AZ və rəsmi Samsung brend mağazalarına müraciət edə bilərsiniz.