24
02:40
27 Oktyabr 2016

Ağdamda iki “VAZ” toqquşdu: sürücülər yaralandı

Ağdamda yol qəzası baş verib.

APA –nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb.

Kənd sakini Vüqar Əliyevin idarə etdiyi “VAZ 011” markalı avtomobil Taleh Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı maşınla toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.