26
12:25
26 Oktyabr 2016

Bakıda qadının içi pulla dolu pul kisəsini oğurladılar

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Bakı şəhər sakini Təhminə Əhmədovaya məxsus içərisində 910 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Qüdrət Sultanov tutulub.

Araşdırma aparılır.