34
12:06
26 Oktyabr 2016

Gəncədə partlayış olub

Gəncə şəhərində təbii qaz sızmasından partlayış baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 25-də saat 23 radələrində Gəncə şəhərində yaşayan Elçin Nağıyevin evində təbii qazın sızmasından partlayış baş verib və o, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Dağıntı və yanğın olmayıb.

Araşdırma aparılır.