29
21:43
25 Oktyabr 2016

Ukraynada ermənilərlə gürcülər arasında atışma: ölənlər var

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib. APA -nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, şəhər mərkəzindəki "Coker" kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

Məlumata görə, insident nəticəsində iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.