36
06:29
25 Oktyabr 2016

Qızıl mədənində uçqun: 11 nəfər yerin altında qaldı

İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cambi əyalətində baş verib.

İlkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.

Bildirilir ki, qəzaya düşənlər qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan yerli sakinlərdir.

Hadisə yerinə xilasedicilər göndərilib.