70
15:45
24 Oktyabr 2016

Bakıda tanınmış müğənninin 35 yaşlı qardaşının ölümü barədə YENİ MƏLUMAT

Tanınmış müğənni Rahidə Baxışın qardaşının hansı xəstəlikdən vəfat etməsi məlum olub. Lent.az -ın əldə etdiyi məlumata görə, 1981-ci ildə anadan olmuş Baxışov Ramin Ramiz oğlu xeyli vaxt imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş. Xeyli vaxt Bakıda ixtisaslaşmış xəstəxanada müalicə olunan Raminin vəziyyəti ağırlaşdığından və yaşamaq şansı qalmadığından bir neçə gün əvvəl həkimlər onun evə aparılmasını istəyiblər. Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsindəki evə gətirilən 35 yaşlı Ramin Baxışov dünən vəfat edib.

14:10

Müğənni Rahidə Baxışovanın qardaşı dünyasını dəyişib. Lent.az -ın məlumatına görə, bu haqda aparıcı Lalə Əlimuxtarova xəbər yayıb. O bildirib ki, müğənninin qardaşı ağ ciyər xəstəliyindən vəfat edib: “Rahidə cavan qardaşını itirdi. Ağ ciyərində problem var idi. Yataq xəstəsi idi. Allah heç kimə ağır itki nəsib etməsin. Ayın 25-də 3 mərasimidir. Gəlmək istəyən mənimlə əlaqə saxlasın”.