27
12:20
24 Oktyabr 2016

Qeyri-sabit hava oktyabrın 27-dək davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, bəzi yerlərdə yağıntının intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Sabah havanın temperaturu gecə 7-9, gündüz 9-11, Bakıda gecə 7-9, gündüz 9-11° isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 9-13, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.