22
11:16
24 Oktyabr 2016

Siyəzəndə ağır qəza: ana öldü, qızı yaralandı

Bu gün səhər saatlarında Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun 110-cu kilometrliyində qeydə alınıb. "Daewoo" markalı maşın yolun kənarında maneəyə çırpılıb. Qəza nəticəsində maşında olan sərnişin - 1965-ci il təvəllüdlü Ağayeva Sevil Ağa qızı dünyasını dəyişib. Onun qızı 17 yaşlı Fatimə isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.