41
05:33
24 Oktyabr 2016

“Molotov kokteyli”ni atmağa cəhd edən qadın saxlanıldı

Nyu-Yorkda “Molotov kokteyli”ni atmağa cəhd edən qadın saxlanılıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident şəhərin mərkəzində, məşhur Tayms-Skver meydanında baş verib.

Şəxsiyyəti açıqlanmayan qadının Konnektikut ştatının sakini olduğu bildirilir. Polis insidentin terrorla əlaqəsi olmadığını vurğulayıb. Saxlanılan qadın psixiatrik müayinə üçün xəstəxanaya göndərilib.