43
04:08
24 Oktyabr 2016

Türkiyədə yük maşını hərbi avtomobilə çırpıldı: 1 ölü, 1 yaralı

Türkiyənin Malatya vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Doğanşehir rayonunda yük maşınının jandarm qüvvələrinə məxsus avtomobilə çırpılması nəticəsində 2 əsgər yaralanıb.

Təcili yardımla yerli xəstəxanaya çatdırılan əsgərlərdən birinin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı Malatya Dövlət Xəstəxanasına çatdırılıb, onun həyatına təhlükə olmadığı bildirilir.