39
22:10
23 Oktyabr 2016

Rusiyada yaşayış binasında partlayış: 3 ölü, 16 yaralı

Rusiyanın Ryazan şəhərində yaşayış binasında partlayış baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb.

İlkin versiyaya əsasən, partlayışa səbəb qaz sızması olub. Partlayış nəticəsində binanın 9-cu və 10-cu mərtəbələrindəki 7 ev tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.