42
03:55
22 Oktyabr 2016

Rusiyada helikopter qəzası: 19 ölü

Rusiyada helikopterin qəzaya uğraması nəticəsində 19 nəfər ölüb, 3 nəfər sağ qalıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin ərazisində baş verib.

Mİ-8 tipli helikopterin qəzaya uğramasının səbəbləri hələlik məlum deyil.

“Qəzanın baş verdiyi yer aşkarlanıb. İlkin məlumata görə, 19 nəfər ölüb, 3 nəfər sağ qalıb. Hadisə yerinə xilasedicilər cəlb edilib. Helikopterin “qara qutusu” axtarılır”, Rusiya FHN-dəki mənbə bildirib.