18
23:58
21 Oktyabr 2016

Avtomobil 37 yaşlı qadını vurdu - Siyəzəndə

Bu gün axşam saatlarında Siyəzən rayonunda yol nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü rayon sakini Cəfərova Bibixanım Elman qızını maşın vurub.

Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən B.Cəfərovonın vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.