35
17:11
21 Oktyabr 2016

Qonşusunu döyən 19 yaşlı gənc azadlığa çıxdı - MƏHKƏMƏDƏN

Bu gün qonşusunu münaqişə zəminində döyməkdə təqsirləndirilən Rövşən Ağamalızadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə R.Ağamalızadə barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunaraq, ona 2 il müddətinə sınaq müddəti olmaqla şərti cəza verilib. Rövşən Ağamalızadə məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü R.Ağamalızadə qonşusu ilə mübahisə edib. Mübahisə zəminində o, qonşusunu döyüb.