29
00:55
21 Oktyabr 2016

Dəməşqdən Ankaraya sərt xəbərdarlıq: Təyyarələr vurulacaq

Suriya ordusu ölkənin hava məkanını pozan Türkiyənin istənilən hərbi təyyarəsini vuracaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusu komandanlığının bəyanatında deyilir.

Suriya ordusunun komandanlığı həmçinin Ankaranı Hələbin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirərək 150 dinc sakinin öldürməkdə günahlandırıb.