41
14:06
20 Oktyabr 2016

Nazir şəhid ailəsinə ev verdi - FOTO

Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ülvi Cəmaləddin oğlu Məmmədovun ailəsinə yeni ev verilib.

APA-nın Qarabağ bürosunun xəbərinə gərə, Laçın rayon Qarakeçdi kəndindən məcburi köçkün olan Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində məskunlaşan ailəyə yeni evin açarlarını ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov təqdim edib.

80 kvadratmetr sahəsi olan üçotaqlı ev bütün avadanlıqlarla təchiz olunub.

Nazir H. Bağırov şəhid hərbçinin məzarını da ziyarət edib.