38
08:30
20 Oktyabr 2016

"Qarabağ" və "Qəbələ" üçün mühüm gün

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri doğma divarlar arasında Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Komandamız doğma meydanda qalib gələ bilsə, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcək. Çempionumuz bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas fiquru olan Rəşad Sadıqovun oynayıb-oynamayacağı hələ ki dəqiq bilinmir. Baş məşqçi Qurban Qurbanov oyun saatına qədər fikrini dəqiqləşdirəcək.

Digər təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”ə qonaq olacaq. İlk iki oyunda qələbə üzünə həsrət qalan əyalət təmsilçisi Fransaya ilk qələbə arzusu ilə yollanıb. Əgər qələbə əldə olunsa, sonuncu yerdən qurtulmaq mümkün olacaq. 3 xal əldə olunmasa, təmsilçimizin növbəti mərhələyə yüksəlmək şansları böyük ölçüdə azalacaq. Ölkə çempionatında 9-cu turda qapısında qol görən “radarlar” Avroliqada qrupda ən çox qol buraxan komandadı.

Avropa Liqası

Qrup mərhələsi, III tur

20 oktyabr

J qrupu

21:00. “Qarabağ” - PAOK (Yunanıstan)

Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

“Fiorentina” (İtaliya)

2

1

1

0

5-1

4

2

PAOK (Yunanıstan)

2

1

1

0

2-1

4

3

“Slovan” (Çexiya)

2

0

1

1

3-4

1

4

“Qarabağ” (Azərbaycan)

2

0

1

1

3-7

1

C qrupu

23:05. “Sent-Etyen” (Fransa) - “Qəbələ”

Baş hakim: Ali Palabıyık

Sent-Etyen. “Joffrua Qişar” stadionu

1

“Anderlext” (Belçika)

2

1

1

0

4-2

4

2

“Maynts” (Almaniya)

2

1

1

0

4-3

4

3

“Sent-Etyen” (Fransa)

2

0

2

0

2-2

2

4

“Qəbələ” (Azərbaycan)

2

0

0

2

3-6

0