45
03:46
20 Oktyabr 2016

Merkel, Putin və Olland arasında Suriyaya danışıqları başa çatdı

Berlində Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Fransua Olland arasında Suriya böhranına dair görüş başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüş mətbuata qapalı şəkildə 1.5 saat davam edib.

Rusiya prezidentinin Berlin görüşünün yekunları barədə hava limanında jurnalistlərə açıqlama verəcəyi gözlənilir.

Ötən gün Vladimir Putin və Suriya prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub. Söhbət zamanı Hələb ətrafında və ümumilikdə Suriyadakı vəziyyət müzakirə olunub.

Telefon danışığı “Normand dördlüyü”nün görüşündən əvvəl baş tutub.