42
18:37
19 Oktyabr 2016

Abel Məhərrəmovun qardaşı "Tərəqqi" medalı aldı

Prezident İlham Əliyev Məhərrəm Məhərrəmovun “Tərəqqi” medalı ilə təltif edilməsi ilə bağlı sərəncam verib.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Məmmədəli oğlu Məhərrəmov “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Məhərrəm Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır.