29
13:16
19 Oktyabr 2016

Azərbaycanda daha bir körpə doğuş zamanı öldü

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, rayon sakini İlyaslı Aidə Bəxtiyar qızı ötən gün Şəki Regional Perinatal Mərkəzə gətirilib.

Doğuş zamanı uşaq dünyasını dəyişib.

Şəki Regional Perinatal Mərkəzdən isə APA -ya uşağın doğuş zamanı ölmədiyi, körpənin ölü doğulduğu bildirilib.

Qeyd edək ki, bu, A. İlyaslının birinci hamiləliyi idi.