96
09:54
19 Oktyabr 2016

Qaynar yağ 3 yaşlı uşağın üstünə töküldü - Tovuzda

Tovuzda 3 yaşlı uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dönük Qırıqlı kənd sakini, 2013-cü il təvəllüdlü Gülay Dinar qızı Musayeva bədənin 2 və 3-cü dərəcəli termiki yanığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Ona dərhal tibbi yardım göstərildikdən sonra Gəncədəki uşaq xəstəxanasına göndərilib.

Yaxınlarının bildirdiyinə görə, uşağın üstünə ərinmiş qaynar yağ dağılıb.