16
09:15
19 Oktyabr 2016

Atəşkəs 13 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Müdafiə Nazirliyindən Lent.az -a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.