30
00:47
19 Oktyabr 2016

Həkimlər palçığa batdı, xəstənin dadına FHN çatdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhəri, Girdəni kəndində Təcili Tibbi Yardım Xidməti avtomobili vətəndaşın evinə gedən zaman yolda palçığa batması barədə məlumat daxil olub.

Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.