48
22:36
18 Oktyabr 2016

Belçikada silahlı şəxs 15 nəfəri girov götürdü - YENİLƏNİB

Belçika polisini xüsusi təyinatlıları Brüsseldə mağazalardan birində bir qrup şəxsi girov götürmüş silahlı kişini saxlayıblar. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı xəsarət alan olmayıb.

Məlumata görə, silahlı şəxs müqavimət göstərmədən polisə təslim olub.

*****

Brüsseldə silahlı şəxs mağazada bir neçə nəfəri girov götürüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident soyğunçunun “Carrefour” supermarketinə hücumu zamanı baş verib. Məlumata görə, bıçaqla silahlanmış şəxs 15 nəfəri girov götürüb.

Şahidlərin sözlərinə görə, silahlı şəxs hələlik heç bir tələb irəli sürməyib.