38
20:45
18 Oktyabr 2016

Zakir Həsənov Çexiyanın hərbi məhsulları ilə tanış oldu

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyaya səfəri çərçivəsində bu ölkənin hərbi təyinatlı məhsullarının istehsalı sahəsində ixtisaslaşan "ERA" və "AERO Vodochody" şirkətlərini ziyarət edib.

Lent.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinə hər iki şirkətin istehsal etdiyi məhsullar nümayiş etdirilib və onların fəaliyyəti barədə brifinqlər təqdim olunub.