31
14:08
18 Oktyabr 2016

Ölümlə nəticələnən qəza törətmiş sürücü tutuldu

Azərbaycanda ağır yol qəzası törətmiş sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da rayon sakini Hafiz Mirzəyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobilin sürücüsü - həmyerlisi Sənan Cəfərov tutulub.

Araşdırma aparılır.