39
14:18
18 Oktyabr 2016

Quba-Xınalıq yolunda hərəkət bərpa edilib - YENİLƏNİB

Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. APA -nın şimal bürosunun verdiyi məlumata görə, "Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.

Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.

**

12:52

Quba-Xınalıq yoluna qaya parçası düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.