67
10:34
18 Oktyabr 2016

50 milyonluq qızıl oğurlayan azərbaycanlılara hökm oxundu

Rusiyanın Sankt-Peterburq şəhərində qızıl mağazaları və lombardları qarət edən azərbaycanlılara hökm oxunub. Lent.az -ın məlumatına görə, Ruslan Quliyev və Ramiq Abdullayevin qarət etdikləri zərgərlik məmulatlarının dəyəri 50 milyon rublu (təxminən 1 milyon 200 min manat) ötüb.

Məhkəmə Quliyevi 13,5, Abdullayevi isə 14,5 il müddətinə azadlıqdan məhrum edib. Onlarla əlbir olan Quliyeva və Abdullayeva soyadlı qadınlar barəsində də həbs qərarı verilib.