33
00:57
18 Oktyabr 2016

“Google”un axtarış sistemində dəyişiklik olacaq

Dünyanın ən böyük axtarış platforması olan “Google” axtarış sistemində dəyişikliklər edəcək.

Lent.az -ın “qafqazinfo”-ya istinadən xəbərinə görə, dəyişikliklər smartfon və planşetlərin axtarış sistemində səmərəliliyi artırmaq məqsədilə həyata keçiriləcək.

Bu yeniliklə gələcəkdə saytların daha da yüksək səviyyədə təşkilinə və axtarış sisteminin təkmilləşməsinə nail olunacaq.