32
12:21
17 Oktyabr 2016

6 yaşlı azərbaycanlı uşaq Türkiyədə yol qəzasında xəsarət alıb

Bu gün Türkiyədə yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kırıkkale-Samsun yolunun birinci kilometrində Ahmet Aydoğanın idarə etdiyi yük maşını Özkan Tuluyun idarə etdiyi “34 DY 9421” dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü də daxil olmaqla, 8 nəfər yaralanıb. Yaralılar arasında Adil adlı 6 yaşlı azərbaycanlı uşaq da var.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.