26
16:03
17 Oktyabr 2016

Yük maşınından 1090 manat oğurladı

Qax rayonunda oğurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 16-da Qax rayonunun Qaratala kəndində kənd sakini Fəxri Məmmədliyə məxsus “KamAZ” markalı avtomobildən 1090 manat pul oğurlanıb.

Qax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Qoşqar Əliyev tutulub.

Araşdırma aparılır.